
“Roskosmos” və NASA rəhbərləri Baykonurda görüşəcəklər
Fins.az - “Roskosmos”un baş direktoru Dmitri Bakanov NASA rəhbəri Jared Ayzekman ilə Baykonur kosmodromunda görüş keçirəcək.
Məlumata görə, NASA rəhbəri iyulun 14-də Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək “Soyuz MS-29” pilotlu kosmik gəmisinin buraxılışını izləmək üçün Baykonurda olacaq.
Tərəflərin görüşü çərçivəsində kosmik əməkdaşlıqla bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.