
Roma Papası ABŞ-da yeparxiyaya rəhbər təyin edib
Fins.az - Papa XIV Lev ABŞ-da yeni yeparxiya rəhbəri təyin edib.
Təyinata əsasən, Evelio Menjivar-Ayala Qərbi Virciniya ştatını əhatə edən Uilinq-Çarlston yeparxiyasına rəhbər gətirilib.
Bildirilir ki, yeni rəhbər Salvador əsillidir və keçmişdə ABŞ ərazisinə qeyri-qanuni yolla daxil olub. Yeniyetmə yaşlarında bir neçə dəfə ölkəyə daxil olmağa cəhd göstərsə də, saxlanılıb. Daha sonra isə sərhədi avtomobilin baqajında gizlənərək keçməyə nail olub.
Qeyd olunur ki, o, təyinatdan əvvəl ABŞ-ın miqrasiya siyasətini dəfələrlə tənqid edərək bunu insan hüquqları məsələsi kimi qiymətləndirib.