Rolls-Royce Spectre Series II təqdim olunub

Rolls-Royce Spectre Series II təqdim olunub

DÜNYA
132

Fins.az - Britaniyanın lüks avtomobil istehsalçısı Rolls-Royce Spectre elektrik kupe modelinin yenilənmiş Series II versiyasını təqdim edib.

Yenilənmiş model xarici görünüş baxımından əvvəlki versiyadan ciddi şəkildə fərqlənməsə də, interyer və fərdiləşdirmə imkanlarında bir sıra yeniliklər əldə edib. Şirkət, həmçinin avtomobilin güc qurğusunu təkmilləşdirərək məhsuldarlığı artırıb və batareyanın tutumunu böyüdüb.

Nəticədə Spectre Series II daha yüksək güc və daha uzun yürüş ehtiyatı təklif edir.

Spectre modeli ilk dəfə 2022-ci ildə təqdim olunub və Rolls-Royce-un tarixində ilk seriya istehsalı olan elektromobili kimi yadda qalıb. Model 2023-cü ildə istehsala buraxılıb, 2025-ci ildə isə daha güclü Black Badge versiyası təqdim edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rolls-Royce Spectre Series II təqdim olunub — Fins.az — Fins.az