
Risklər bu dəfə çox fərqlidir
Beynəlxalq Valyuta Fondunun (IMF, BVF) sədri Kristalına Georgieva, 2020-ci ildə dünya iqtisadiyyatını gözləyən risklərin fərqli olduğunu deyib və həmin riskləri sadalayıb.
Fins.az xəbər verir ki, İMF sədrinə görə, bu il ən əhəmiyyətli risklər belədir: Aşağı məhsuldarlığa bağlı zəif iqtisadi artım, aşağı faiz dərəcələri.
Georgieva, "ucuz pul iştahının" əhalinin, müəssisələrin və dövlətlərin daha çox borc almasına gətirib çıxardığı xəbərdarlığını edib.
BORC SƏVİYYƏSİ 2008 BÖHRANININ ƏVVƏLİNƏ QAYIDIB
Cəmi qlobal borcun 144 trilyon dollar səviyyəsinə çatdığını qeyd edən Georgieva, bəzi aşağı gəlirli ölkələrdə borc məbləğinin 2008 iqtisadi böhran əvvəlindəki səviyyəyə çatdığını vurğulayıb.
İMF sədri, daha təsirli struktur islahatlar tətbiq olunması çağırışını təkrarlayıb.
©Marja