“Renault” 2027-ci ilin sonunadək 800 mühəndisi ixtisar etməyi planlaşdırır

“Renault” 2027-ci ilin sonunadək 800 mühəndisi ixtisar etməyi planlaşdırır

DÜNYA
127

Fins.az - Fransanın avtomobil istehsalçısı Renault Çin avtomobil şirkətlərinin güclənən rəqabəti fonunda ölkədəki mühəndislik bölməsində 2027-ci ilin sonunadək 800 iş yerinin ixtisarını planlaşdırır.

Şirkətin beynəlxalq texnologiyalar bölməsinin rəhbəri Filip Brunen bildirib ki, Çin istehsalçıları Avropa bazarında paylarını sürətlə artırır və bu, Renault-u rəqabət qabiliyyətini daha da gücləndirməyə sövq edir.

Onun sözlərinə görə, ixtisarlar könüllü proqram əsasında həyata keçiriləcək.

Bununla yanaşı, şirkət 150–200 yeni mühəndisin işə qəbulunu, həmçinin bəzi əməkdaşlar üçün yenidənhazırlanma proqramlarının təşkilini nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Renault” 2027-ci ilin sonunadək 800 mühəndisi ixtisar etməyi planlaşdırır — Fins.az — Fins.az