“Real Madrid” Viniisiusun gələcəyini müəyyənləşdirib

“Real Madrid” Viniisiusun gələcəyini müəyyənləşdirib

DÜNYA
411

Fins.az - Madridin “Real” klubu braziliyalı hücumçu Viniisius Juniorun gələcəyi ilə bağlı qərar verib.

İspaniya mətbuatının məlumatına görə, klub 25 yaşlı futbolçunun müqaviləsini uzatmaq niyyətindədir və yaxın zamanda ona yeni şərtlərlə sözləşmə təklif ediləcək. Hazırkı müqavilə 2027-ci ilin iyun ayına qədər qüvvədədir.

Məlumata əsasən, bu yay futbolçuya maraq göstərən digər klub yoxdur və onun transferi gündəmdə deyil.

Cari mövsümdə Viniisius 47 oyunda iştirak edib, 17 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt-a görə onun bazar dəyəri 150 milyon avro təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Real Madrid” Viniisiusun gələcəyini müəyyənləşdirib — Fins.az — Fins.az