Ramzan Kadırov yenidən Çeçenistan rəhbəri seçilib

Ramzan Kadırov yenidən Çeçenistan rəhbəri seçilib

DÜNYA
861

Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri vəzifəsinə keçirilən seçkilərin nəticələri açıqlanıb. 

Fins.az xəbər verir ki, Ramzan Kadırov yenidən Çeçenistanın rəhbəri seçilib. 

Çeçenistan Mərkəzi Seçki Komissiyası onun 99,7 faiz səs topladığını elan edib. 

Qeyd edək ki, R.Kadırov 1976-cı ildə anadan olub. O, 2004-cü ildən Çeçenistanın rəhbəridir. 

R.Kadırov 2003-2004-cü illərdə Çeçenistan Respublikasının prezidenti olan Əhməd Kadırovun oğludur. Əhməd Kadırov 2004-cü il mayın 9-da sui-qəsd nəticəsində 52 yaşında öldürülüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ramzan Kadırov yenidən Çeçenistan rəhbəri seçilib — Fins.az — Fins.az