Ram 1500 pikapı üçün yeni Rumble Bee seriyası təqdim olunub

Ram 1500 pikapı üçün yeni Rumble Bee seriyası təqdim olunub

DÜNYA
357

Fins.az - Ram Trucks Ram 1500 modeli əsasında yeni Rumble Bee seriyasını təqdim edib.

Yeni “muscle truck” ailəsinə üç versiya daxildir: Rumble Bee, Rumble Bee 392 və Rumble Bee SRT.

İlk olaraq standart Rumble Bee modeli 2026-cı ilin sonunda ABŞ bazarında satışa çıxarılacaq. Daha güclü Rumble Bee 392 və Rumble Bee SRT versiyalarının isə 2027-ci ilin ilk yarısında təqdim olunacağı bildirilir.

Bütün modellər V8 mühərrikləri ilə təchiz ediləcək və hər versiya fərqli texniki xüsusiyyətlərə sahib olacaq.

Stellantis konserninə daxil olan Ram markasının məlumatına görə, Ram Pickup ailəsinin satışları 2026-cı ilin ilk rübündə ABŞ-də 24,8 faiz artaraq 98 425 ədədə çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ram 1500 pikapı üçün yeni Rumble Bee seriyası təqdim olunub — Fins.az — Fins.az