Qonşu ölkədə koronavirusun bitmə tarixi barədə proqnoz dəyişdi

Qonşu ölkədə koronavirusun bitmə tarixi barədə proqnoz dəyişdi

DÜNYA
848

Rusiyada koronavirus epidemiyası avqust ayında tam bitəcək.

Lenta.ru-nun məlumatına görə, bu barədə Sinqapur Texnologiya və Dizayn Universitetinin (SUTD) analitikləri tərəfindən hazırlanmış proqnozda deyilir.

Alimlərin fikrincə, Rusiyada xəstəliyin pik həddi aprelin 27-də keçib. İnfeksiya ölkədə avqustun 7-də tamamilə yox olacaq. 

Bir müddət əvvəl SUTD Rusiyada epidemiyanın iyulun 20-dək başa çatacağını təxmin edirdi.

Rusiyada 93 558 nəfər koronavirusa yoluxub. Onlardan 867 nəfər ölüb. 8456 nəfər isə koronavirusdan sağalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qonşu ölkədə koronavirusun bitmə tarixi barədə proqnoz dəyişdi — Fins.az — Fins.az