Qlobal borc ilk rübdə 4,4 trilyon dollar artıb - IIF

Qlobal borc ilk rübdə 4,4 trilyon dollar artıb - IIF

DÜNYA
325

Dünya üzrə qlobal borcun həcmi 2026-cı ilin birinci rübündə artaraq tarixi maksimum səviyyəyə yüksəlib.

Fins.az xəbər verir ki, bu barədə Nyu-York Beynəlxalq Maliyyə İnstitutunun (IIF) yayımladığı “Qlobal Borc Monitoru” hesabatında bildirilib.

Hesabata əsasən, qlobal borcun ümumi həcmi ilin ilk üç ayında 4,4 trilyon dollardan çox artaraq 353 trilyon dollara çatıb. Beləliklə, dünya üzrə borc göstəricisi yeni rekord həddi yeniləyib.

Məlumata görə, qlobal borc ardıcıl 5-ci rübdür artım nümayiş etdirir. Müqayisə üçün qeyd olunub ki, ötən ilin eyni dövründə bu göstərici 327,6 trilyon dollar təşkil edib.

Hesabatda vurğulanır ki, borc nisbətləri inkişaf etmiş ölkələrdə azalma meyli göstərsə də, inkişaf etməkdə olan bazarlarda artım davam edib.

İlk rübdə borc yükündə ən yüksək artım Norveç, Küveyt, Çin, Bəhreyn və Səudiyyə Ərəbistanında qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qlobal borc ilk rübdə 4,4 trilyon dollar artıb - IIF — Fins.az — Fins.az