
Qırğızıstanda dünyanın ən uzun poçt markası dövriyyəyə buraxılıb
Qırğız Ekspres Poçt “Beynəlxalq davamlı dağ inkişafı ili” poçt markasını dövriyyəyə buraxıb.
Fins.az “Kabar” agentliyinə istinadla xəbər verir ki, bu poçt markasını orijinallığı onun dünyada ən uzun – 184 millimetr ölçüdə olmasıdır.
Poçt miniatüründə Çaar-Taş dağ silsiləsi, Toquz-Toro yarğanı, Kazarman qəsəbəsi, miniatür vərəqin kuponunda isə Beş-Taş dərəsi, eyniadlı göl, Tuyuktor dağ silsiləsi və İtaqar aşırımı təsvir olunub.
Qeyri-adi poçt markasını müəllifləri dizayner Darya Mayer və fotoqraf Vladislav Uşakovdur.