Qırğızıstan 2100-cü ilə qədər buzlaqlarının 80%-ni itirə bilər

Qırğızıstan 2100-cü ilə qədər buzlaqlarının 80%-ni itirə bilər

DÜNYA
374

Fins.az - Qırğızıstan iqlim dəyişikliyinin ciddi təsirləri ilə üzləşir və ölkə gələcəkdə buzlaqlarının böyük hissəsini itirə bilər.

Ölkə rəhbərliyinin açıqlamasına görə, 2020-ci ildən bu yana buzlaqların ümumi sahəsi 16% azalıb. Mövcud proqnozlara əsasən, 2100-cü ilə qədər bu itkilər 80%-ə çata bilər.

Bu proses artıq regionda su resursları və enerji təminatı ilə bağlı mövcud problemləri daha da dərinləşdirir. Qırğızıstan ərazisində hər il təxminən 50 milyard kubmetr su formalaşır. Lakin bunun yalnız 12 milyard kubmetri ölkə daxilində istifadə olunur, qalan 38 milyard kubmetr isə qonşu dövlətlərə axır.

Mütəxəssislər hesab edirlər ki, buzlaqların sürətlə əriməsi gələcəkdə su çatışmazlığı riskini artıracaq və regionda iqtisadi və ekoloji sabitliyə ciddi təsir göstərə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qırğızıstan 2100-cü ilə qədər buzlaqlarının 80%-ni itirə bilər — Fins.az — Fins.az