Qırğız Respublikasında “Bayraktar” PUA-larının ilk bazası açılıb

Qırğız Respublikasında “Bayraktar” PUA-larının ilk bazası açılıb

DÜNYA
967

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti üçün “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) ilk bazasının açılışında iştirak edib.

Fins.az xəbər verir ki, bu barədə Qırğız Respublikası Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Baza ölkə sərhədlərinin müdafiəsi üçün nəzərdə tutulub. PUA-lar ötən il dövlət büdcəsindən ayrılan vəsait hesabına alınıb.

"Mən həmişə demişəm ki, Qırğız Respublikası sülhsevər ölkədir. Silahlı qüvvələrimizi gücləndirmək üçün səylərimiz sırf müdafiə məqsədi daşıyır ", - o deyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qırğız Respublikasında “Bayraktar” PUA-larının ilk bazası açılıb — Fins.az — Fins.az