Qida qalmaqalı: Ətdə başqa DNT, balda sirop — istehlakçılar aldadılır - Qazaxıstan

Qida qalmaqalı: Ətdə başqa DNT, balda sirop — istehlakçılar aldadılır - Qazaxıstan

DÜNYA
303

Fins.az - Qazaxıstanda qida məhsullarında saxtalaşdırma halları kəskin artıb.

Aparılan yoxlamalar zamanı məhsulların 12,4 faizinin standartlara cavab vermədiyi məlum olub. Pozuntuların böyük hissəsi markalanma ilə bağlı olsa da, ən ciddi hallar saxtalaşdırma ilə əlaqədardır.

Ekspertlərin sözlərinə görə, bəzi məhsullarda süd yağı bitki yağı ilə əvəz olunur, kolbasa və ət məhsullarında isə tərkibdə göstərilməyən inqrediyentlər aşkar edilir. Hətta DNT analizləri zamanı qoyun ətində quş, mal əti məhsullarında isə başqa tərkiblər tapılıb.

Bundan əlavə, bal məhsullarında sirop qatqısı, çaylarda isə qadağan olunmuş boyalar müəyyən edilib. Mütəxəssislər istehlakçıları məhsul seçərkən daha diqqətli olmağa çağırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qida qalmaqalı: Ətdə başqa DNT, balda sirop — istehlakçılar aldadılır - Qazaxıstan — Fins.az — Fins.az