
Qətər Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadəyə qarşı çıxıb
Fins.az - Qətər Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadənin regional böhranı daha da dərinləşdirə biləcəyi barədə xəbərdarlıq edib.
Bu fikir Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Sani ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında keçirilən telefon danışığı zamanı səsləndirilib.
Məhəmməd bin Əbdülrəhman Al Sani qeyd edib ki, Hörmüz boğazı vasitəsilə sərbəst gəmiçilik beynəlxalq hüququn dəyişməz prinsiplərindən biridir və bu məsələ müzakirə predmeti ola bilməz.