Qətər Çinin qaz bazarında mövqeyini Rusiyaya uduza bilər

Qətər Çinin qaz bazarında mövqeyini Rusiyaya uduza bilər

DÜNYA
269

Fins.az - Çin ABŞ və İran arasında əldə edilən atəşkəsə baxmayaraq, Qətərdən maye qaz idxalını artırmaq niyyətində deyil. Analitiklər bildirirlər ki, bu tendensiya Qətərin Çin bazarındakı mövqeyinin zəifləməsinə səbəb ola bilər.

Məlumata görə, Qətərin Çinə enerji ixracı 2025-ci ildə 11 faiz azalaraq 68,4 milyon tona düşüb. Proqnozlara əsasən, 2026-cı ildə bu göstərici Çin iqtisadiyyatında müşahidə olunan durğunluq səbəbindən 62,3 milyon tona qədər enə bilər.

Ekspertlər hesab edirlər ki, Pekin Yaxın Şərqdəki gərginlik fonunda regiondakı asılılığını azaltmağa çalışır. Çin bu səbəbdən daxili istehsala, Rusiyadan gələn boru kəmərlərinə və alternativ enerji mənbələrinə – o cümlədən daş kömür və bərpaolunan enerji sahələrinə daha çox üstünlük verə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qətər Çinin qaz bazarında mövqeyini Rusiyaya uduza bilər — Fins.az — Fins.az