Qazprom Çinə qaz tədarükündə rekord qırdı

Qazprom Çinə qaz tədarükündə rekord qırdı

DÜNYA
266

Finss.az xəbər verir ki, “Qazprom” 2026-cı ildə “Sibir Gücü” boru kəməri vasitəsilə Çinə gündəlik qaz tədarükü üzrə yeni rekord qeydə alıb. Rekord göstərici 10 yanvar tarixində müəyyən edilib.

Rusiya qazının Çinə tədarükü “Qazprom” ilə Çin Milli Neft Korporasiyası (CNPC) arasında imzalanmış uzunmüddətli qaz alqı-satqısı müqaviləsi çərçivəsində həyata keçirilir. Bildirilir ki, fiziki qaz tədarüklərinin müqavilədə nəzərdə tutulan həcmlərdən müntəzəm olaraq, hətta cüzi şəkildə artıq olması sabit və davamlı gündəlik ixracın təmin edildiyini göstərir.

Mütəxəssislərin fikrincə, bu cür sabitlik xüsusilə istilik mövsümündə və yanacaq istehlakının artdığı dövrdə istehlakçılar üçün böyük əhəmiyyət daşıyır. Qaz tədarükündə rekord göstəricilər Rusiya ilə Çin arasında enerji əməkdaşlığının daha da gücləndiyini təsdiqləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazprom Çinə qaz tədarükündə rekord qırdı — Fins.az — Fins.az