“Qazprom” Çinə qaz ixracını artırmaq niyyətindədir

“Qazprom” Çinə qaz ixracını artırmaq niyyətindədir

DÜNYA
1,011

Rusiyanın “Qazprom” şirkəti Çin tərəfdaşları ilə “Sibirin gücü” boru kəməri ilə nəql olunan qazın ildə 6 mlrd kubmetr artırılaraq 44 mlrd kubmetrə çatdırılması ilə bağlı danışıqlar aparır.

Fins.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri Aleksey Miller korporativ jurnala müsahibəsində bildirib:

“Sibirin gücü” kəməri vasitəsilə nəqlin artırılması Çinin LNG qazının idxalı ilə yanaşı, Mərkəzi Asiya qazının da dinamikasını üstələyəcək. Çinin qaz tələbatı və idxalı atmaqda davam edir”.

O qeyd edib ki, həmçinin yaxın perspektivdə Çinə illik qaz ixracı 130 mlrd kubmetrə qədər artırılacaq.

Qeyd edək ki, hazırda “Qazprom” Çinə qazı 2019-cu ilin dekabr ayında istismara verilən “Sibirin gücü” kəməri vasitəsilə ixrac edir. Bu kəmər vasitəsilə “Çayadinsk” yatağından hasil olunan qaz nəql olunur. 2022-ci ilin sonunda “Sibirin gücü” kəməri vasitəsilə Rusiyanın şərqindəki ən böyük qaz yatağı olan "Kovıktinsk" yatağından hasil edilən qazın nəqli də planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Qazprom” Çinə qaz ixracını artırmaq niyyətindədir — Fins.az — Fins.az