Qazaxıstanda restoranda kütləvi zəhərlənmə: 113 nəfər zərər çəkib

Qazaxıstanda restoranda kütləvi zəhərlənmə: 113 nəfər zərər çəkib

DÜNYA
183

Fins.az - Qazaxıstanın Aktöbe vilayətində yerləşən “Tumar” restoranında kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində ümumilikdə 113 nəfər zərər çəkib. Hadisədən sonra restoranın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Faktla bağlı “sanitariya qaydalarının və gigiyena normalarının pozulması” maddəsi üzrə ibtidai istintaq başladılıb.

Hazırda hadisənin dəqiq səbəblərinin müəyyən edilməsi üçün araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstanda restoranda kütləvi zəhərlənmə: 113 nəfər zərər çəkib — Fins.az — Fins.az