
Qazaxıstanda Mərkəzi Asiyanın ilk süni intellekt universiteti açılacaq
Fins.az - Qazaxıstanda bu tədris ilində Mərkəzi Asiyanın ilk ixtisaslaşmış süni intellekt universiteti fəaliyyətə başlayacaq.
Bu barədə Prezident Kasım-Jomart Tokayev parlamentin hər iki palatasının birgə iclasında çıxışı zamanı məlumat verib.
Prezident bildirib ki, Qazaxıstan rəqəmsal suverenliyini gücləndirməyi və yüksək texnologiyalar sahəsində regional mərkəzə çevrilməyi qarşısına məqsəd qoyub.
Onun sözlərinə görə, bu hədəfə nail olmaq üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması dövlətin əsas prioritetlərindən biridir.