Qazaxıstan ÜDM artımına sənaye və tikinti töhfə verib

Qazaxıstan ÜDM artımına sənaye və tikinti töhfə verib

DÜNYA
216

Finss.az xəbər verir ki, Milli İqtisadiyyat Nazirliyinin məlumatına görə, Qazaxıstanın ümumi daxili məhsulu (ÜDM) 2025-ci ildə 6,5% artıb. İqtisadi artıma əsas töhfə verən sahələr sənaye, nəqliyyat, tikinti və ticarət sektorları olub.

Məlumata əsasən, il ərzində sənaye istehsalı indeksi 7,4%, istehsal sektoru isə 6,4% artım nümayiş etdirib. Bu artım əsasən qida istehsalının 8,1%, emal olunmuş neft məhsullarının 5,9%, kimya məhsullarının 9,8%, metallurgiya istehsalının 1,2%maşınqayırma sənayesinin 12,9% yüksəlməsi hesabına təmin olunub.

Bununla yanaşı, nəqliyyat və anbar təsərrüfatında 20,4%, tikinti sektorunda 15,9%, ticarət sahəsində isə 8,9% artım qeydə alınıb. Rəqəmlər Qazaxıstan iqtisadiyyatında şaxələndirmə proseslərinin davam etdiyini və qeyri-neft sektorunun rolunun artdığını göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstan ÜDM artımına sənaye və tikinti töhfə verib — Fins.az — Fins.az