Qazaxıstan Prjevalski atlarının populyasiyasını bərpa edir

Qazaxıstan Prjevalski atlarının populyasiyasını bərpa edir

DÜNYA
145

Fins.az - Qazaxıstanda dünyada qalan yeganə vəhşi at növü hesab olunan Prjevalski atlarının populyasiyasının bərpası istiqamətində növbəti addım atılıb.

Beynəlxalq layihə çərçivəsində bir qrup Prjevalski atı Çexiyadan xüsusi aviareyslə Qazaxıstana gətirilib.

Heyvanlar Kustanay Beynəlxalq Hava Limanına çatdırıldıqdan sonra xüsusi nəqliyyat vasitələri ilə Kustanay vilayətinin Amangeldi rayonunda yerləşən Altın Dala Dövlət Təbiət Qoruğuna aparılacaq.

Reintroduksiya mərkəzində atlar bir müddət mütəxəssislərin nəzarəti altında uyğunlaşma mərhələsindən keçəcəklər. Daha sonra onların mərhələli şəkildə vəhşi təbiətə buraxılması nəzərdə tutulur.

Layihənin əsas məqsədi nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş Prjevalski atlarının təbii yaşayış mühitində sayının artırılması və növün uzunmüddətli qorunmasını təmin etməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstan Prjevalski atlarının populyasiyasını bərpa edir — Fins.az — Fins.az