Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında birgə bəyanat imzalayacaq

Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında birgə bəyanat imzalayacaq

DÜNYA
81

Fins.az - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüş keçirib.

Görüş zamanı tərəflər Gürcüstan hökumət başçısının səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Məlumata görə, səfər çərçivəsində Qazaxıstan və Gürcüstan arasında strateji tərəfdaşlıq haqqında birgə bəyanatın imzalanması nəzərdə tutulur.

Tərəflər siyasi, iqtisadi, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında birgə bəyanat imzalayacaq — Fins.az — Fins.az