
Qazaxıstan Energetika Nazirliyi yanacaq qıtlığı riskinin olmadığını açıqlayıb
Fins.az - Qazaxıstanda hazırda yanacaq və sürtkü materialları üzrə qıtlıq yaranması riski yoxdur.
Bu barədə Qazaxıstan Energetika Nazirliyinin rəsmi nümayəndəsi Asel Serikpayeva məlumat verib.
Onun sözlərinə görə, ölkənin daxili bazarında neft məhsullarının kifayət qədər ehtiyatı formalaşdırılıb və bu, yay və turizm mövsümündə istehlakçıların sabit şəkildə yanacaqla təmin olunmasına imkan verir.
Nazirlik bildirib ki, mövcud ehtiyatlar daxili tələbatı tam ödəyir və bazarda vəziyyət nəzarət altında saxlanılır.