
Qazaxıstan və Əfqanıstan 235 milyon dollarlıq müqavilələr imzalayıb
Fins.az - Qazaxıstan və Əfqanıstan arasında keçirilən biznes-forumun yekununda ümumi dəyəri təxminən 235 milyon ABŞ dolları olan sazişlər, memorandumlar və kommersiya müqavilələri imzalanıb.
Tədbir iyunun 21–22-də Kabildə keçirilən Qazaxıstanın ticarət-iqtisadi missiyası çərçivəsində baş tutub.
Forumda 50-dən çox Qazaxıstan şirkəti və Əfqanıstanın biznes dairələrini təmsil edən 300-dən artıq nümayəndə iştirak edib.
Missiya çərçivəsində şirkətlər arasında ikitərəfli işgüzar görüşlər (B2B) təşkil olunub, həmçinin Qazaxıstan məhsul və xidmətlərinin təqdim olunduğu ixtisaslaşmış sərgi keçirilib.