Qazaxıstan və Aİ Orta Dəhlizin inkişafını müzakirə edib

Qazaxıstan və Aİ Orta Dəhlizin inkişafını müzakirə edib

DÜNYA
482

Fins.az - Qazaxıstan və Avropa İttifaqı nümayəndələri Orta Dəhlizin inkişafı və nəqliyyat sahəsinin rəqəmsallaşdırılması məsələlərini müzakirə ediblər.

Görüş Astanada Qazaxıstanın nəqliyyat nazirinin müavini Janibek Tayjanov ilə Avropa Komissiyasının Beynəlxalq Tərəfdaşlıqlar üzrə Baş Direktorluğunun dayanıqlı nəqliyyat rəhbəri Serxio Ollyete Xosa arasında keçirilib.

Müzakirələr zamanı bildirilib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə tranzit daşımalarında artım müşahidə olunur, yüklərin çatdırılma müddəti azalır və konteyner daşımalarının həcmi yüksəlir.

Tərəflər Xəzər regionunda liman infrastrukturunun inkişafına xüsusi diqqət ayırıblar. Görüşdə Aktau dəniz limanında körpülərin yenidən qurulması və Xəzər dənizində bərə xidmətlərinin təkmilləşdirilməsi məsələləri də müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstan və Aİ Orta Dəhlizin inkişafını müzakirə edib — Fins.az — Fins.az