
Qazaxıstan 2026-cı ildə 2 QVt-a yaxın yeni enerji güclərini istismara verəcək
Fins.az - Qazaxıstanda 2026-cı ildə təxminən 2 QVt yeni enerji güclərinin istismara verilməsi planlaşdırılır. Bu çərçivədə Turkistan vilayətində yeni paroqaz elektrik stansiyasının tikintisi davam edir.
Tikinti sahəsində 1000-dən çox işçi və 150-yə yaxın xüsusi texnika cəlb olunub. Hazırda binaların karkaslarının quraşdırılması, metal konstruksiyaların montajı və divarların üzlənməsi işləri aparılır. Stansiyanın əsas texnoloji avadanlıqları artıq tam şəkildə çatdırılıb.
Layihənin həyata keçirilməsi nəticəsində 600-dən çox daimi iş yeri yaradılacaq və regionun enerji təhlükəsizliyi əhəmiyyətli dərəcədə güclənəcək.