Qautam Adani Asiyanın ən varlı şəxsi olub

Qautam Adani Asiyanın ən varlı şəxsi olub

DÜNYA
313

Fins.az - Hindistanlı milyarder Qautam Adani 92,6 milyard dollar sərvətlə Asiyanın ən varlı şəxsi elan edilib.

“Bloomberg” agentliyinin reytinqinə əsasən, o, həm də dünyanın ən varlı insanları siyahısında 19-cu yerdə qərarlaşıb.

Uzun müddət Asiyada birinci yerdə olan digər hindistanlı milyarder Mukeş Ambani isə 90,8 milyard dollar sərvətlə ikinci pilləyə enib.

Məlumata görə, 2026-cı ildə fond bazarlarında baş verən dəyişikliklər “Adani Group”un aktivlərini 8,1 milyard dollar artırıb, “Reliance Industries” isə 16,9 milyard dollar itki ilə üzləşib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qautam Adani Asiyanın ən varlı şəxsi olub — Fins.az — Fins.az