Qasırğa səbəbindən Yaponiyada avtomobil zavodlarının fəaliyyəti dayandırılır

Qasırğa səbəbindən Yaponiyada avtomobil zavodlarının fəaliyyəti dayandırılır

DÜNYA
369

Fins.az - Yaponiyanın avtomobil istehsalçıları qasırğa səbəbindən bir sıra zavodlarının fəaliyyətini müvəqqəti dayandıracaqlar.

Məlumata görə, Toyota çərşənbə günü səhər ölkədəki 13 zavodunda istehsalı dayandırmağı planlaşdırır.

Bundan başqa, Suzuki əlverişsiz hava şəraiti səbəbindən Şidzuoka prefekturasında yerləşən beş müəssisəsinin fəaliyyətini müvəqqəti dayandıracaq.

Qasırğa nəqliyyat əlaqələrinə də mənfi təsir göstərib. Bir sıra aviaşirkətlər Okinava və Kaqoşima prefekturasına aid adalara olan reysləri ləğv ediblər.

Mütəxəssislər Küsü və Şikoku adalarına xidmət göstərən digər marşrutlarda da əlavə reys ləğvlərinin mümkün olduğunu bildirirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qasırğa səbəbindən Yaponiyada avtomobil zavodlarının fəaliyyəti dayandırılır — Fins.az — Fins.az