“Qarabağ” Leandro Andrade ilə yollarını ayırıb

“Qarabağ” Leandro Andrade ilə yollarını ayırıb

DÜNYA
104

Fins.az - “Qarabağ” klubu yarımmüdafiəçi Leandro Andrade ilə yollarını ayırdığını açıqlayıb.

Klubun məlumatına görə, Ukraynanın “Polesye” klubunun transfer təklifi futbolçunun istəyi nəzərə alınaraq müsbət cavablandırılıb.

Kabo-Verde millisinin üzvü olan Leandro Andrade 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinirdi. O, komandanın heyətində 2021–2022, 2022–2023, 2023–2024 və 2024–2025 mövsümlərində Azərbaycan çempionu olub. Bundan əlavə, 2021–2022 və 2023–2024 mövsümlərində Azərbaycan Kubokunu qazanıb.

Andrade “Qarabağ”ın 2023–2024 mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025–2026 mövsümündə isə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsində mühüm rol oynayıb. O, həmçinin müxtəlif mövsümlərdə UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının əsas və pley-off mərhələlərində çıxış edib.

Leandro Andrade “Qarabağ”ın heyətində keçirdiyi 213 oyunda 60 qola imza atıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Qarabağ” Leandro Andrade ilə yollarını ayırıb — Fins.az — Fins.az