
Putin və Lukaşenko Soçidə görüşüblər
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilib.
Fins.az-ın Kremlin saytına istinadən verdiyi xəbərə görə, Rusiya və Belarus liderləri arasında görüş Soçi şəhərində baş tutub.
V. Putin və A. Lukaşenko Rusiya-Belarus əməkdaşlığının aktual problemləri, o cümlədən inteqrasiya ilə bağlı məsələləri müzakirə ediblər.
©Apa