
Putin: Rusiya Olimpiya oyunlarına ev sahibliyi etməyə hazırdır
Fins.az - Rusiya gələcəkdə Yay və Qış Olimpiya oyunlarına ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.
Rusiya Prezidenti Vladimir Putin bu barədə Rusiya Olimpiya Komitəsinin 115 illik yubileyi münasibətilə yayımladığı təbrikdə bildirib. Onun sözlərinə görə, ölkə həmçinin olimpizmin əsas prinsiplərinin qorunmasına töhfə verməyə hazırdır.