
Putin Krıma gedir-DƏQİQ TARİX
Rusiya Prezidenti Vladimir Putin sabah Krımda yeni döyüş gəmilərinin təməlinin qoyulması mərasimində iştirak edəcək.
Bu barədə Dmitri Peskov açıqlama verib
Məlumata görə, bununla da gəmilərin tikinti mərhələsi başlayacaq.
Putin daha sonra “Severodvinsk”, “Sevmaş”, “Severnaya Verf” inşaat təsisləri ilə keçirilək videokonfransa qatılacaq.
Rusiya prezidentinin sabahkı iş proqramında beynəlxalq telefon danışıqları da yer alıb.