
Premyer Liqada mərkəzi oyun: “Qarabağ” lider “Sabah”ı qəbul edir
Fins.az - Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində daha iki qarşılaşma keçiriləcək.
Günün ilk oyunu Yevlaxda baş tutacaq. “Karvan-Yevlax” öz meydanında “Şamaxı”nı qəbul edəcək. Qarşılaşma saat 15:30-da start götürəcək. Hazırda ev sahibi komanda 11 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb, “Şamaxı” isə 32 xalla 8-ci yerdədir.
Turun mərkəzi oyunu isə Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Çempionluq uğrunda mübarizə aparan “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcək. Oyun saat 19:30-da başlayacaq.
Turnir cədvəlinə 66 xalla “Sabah” başçılıq edir. Bir oyun az keçirən “Qarabağ” isə 56 xalla ikinci pillədə qərarlaşıb və bu görüş çempionluq mübarizəsi baxımından böyük əhəmiyyət daşıyır.