
Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda xal itkisi yaşayıb
Fins.az - Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXI turuna start verilib.
Turun açılış oyununda Zirə FK ilə İmişli FK üz-üzə gəlib. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb — 0:0.
Bu nəticədən sonra Bakı təmsilçisi 50 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “İmişli” isə 33 xalla 9-cu sırada yer alıb.
Günün son görüşündə Sabah FK öz meydanında Kəpəz PFK komandasını qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək matçın start fiti saat 19:30-da səslənəcək. Oyunu baş hakim Elvin Bayramov idarə edəcək.