Premyer Liqa: “Qarabağ” mövsümü qələbə ilə başa vurdu

Premyer Liqa: “Qarabağ” mövsümü qələbə ilə başa vurdu

DÜNYA
301

Fins.az - Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun növbəti oyunları keçirilib.

“Sumqayıt” öz meydanında “Qarabağ”ı qəbul edib. Gərgin keçən qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra “Qarabağ” mövsümü 69 xalla 2-ci pillədə, “Sumqayıt” isə 41 xalla 7-ci sırada başa vurub.

Günün digər matçında “Bank Respublika Arena”da çempion “Sabah” “Turan Tovuz” üzərində 2:0 hesablı qələbə qazanıb.

Xatırladaq ki, turun açılış görüşündə “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə məğlub etmişdi. XXXIII tura mayın 24-də yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Premyer Liqa: “Qarabağ” mövsümü qələbə ilə başa vurdu — Fins.az — Fins.az