Pompeo dünya birjalarını Çin şirkətləri üçün qaydaları sərtləşdirməyə çağırır

Pompeo dünya birjalarını Çin şirkətləri üçün qaydaları sərtləşdirməyə çağırır

DÜNYA
836


ABŞ-ın dövlət katibi Mayk Pompeo dünya birjalarını Çin şirkətləri üçün listinq qaydaları sərtləşdirməyə çağırıb, bu barədə “Reuters” xəbər agentliyi məlumat verib.
“Administrasiya [ABŞ prezidenti Donald Trampın] bütün Amerika şirkətlərinin dünyanın digər ölkələrində bərabər şərtlərlə işləyə biləcəyini təmin etməyə borcludur, – Popmpeo söyləyir. – Mən NASTAQ birjasının qeyediyyata alınan şirkətlərin beynəlxalq hesabat və yoxlama standartlarına uyğun olmasını təmin etmək tələbini dəstəkləyirəm”.
Onun sözlərinə görə, NASTAQ-ın qərarı “Çin şirkətlərinin mühasibatlığında saxtalaşdırma təcrübəsinin yayılmasını nəzərə alaraq xüsusilə vacibdir”.
“Amerikalı investorlar qaydalara riayət etməyən şirkətlərin gizli və əsassız iddialara məruz qalmalı deyil, – Pompeo söyləyib. – NASTAQ-ın bu addımı ABŞ-ın digər birjaları üçün nümunə olmalıdır”.
Xatırladaq ki, may ayında ABŞ prezidenti Federal Pensiya Fonduna ölkənin milli təhlükəsizliyinə təhdid yaradan şirkətlərə investisiya qoymağı qadağan etmişdir.
 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pompeo dünya birjalarını Çin şirkətləri üçün qaydaları sərtləşdirməyə çağırır — Fins.az — Fins.az