
Pompeo ABŞ şirkətlərinə Çin texnologiyalarıyla bağlı xəbərdarlıq edib
Maykl Pompeo ABŞ şirkətlərinə Çin texnoloji şirkətlərindən tətbiqləri rəqəmsal mağazalardan çıxartmaq üçün xəbərdarlıq edib
Fins.ABŞaz xəbər verir ki, dövlət katibi Maykl Pompeo Amerika şirkətlərinə Çin mərkəzli tətbiqetmələrini rəqəmsal mağazalarından çıxarmaq barədə xəbərdarlıq edib.Bu açıqlamadan sonra ABŞ-ın Çin texnologiyasını kompüterlərdən və smartfonlardan uzaq tutması səylərinin TikTok-u satın alınmasından və ya bağlanılmasından sonra da böyüyə biləcəyi kimi qiymətləndirilir.
Çərşənbə günü verdiyi açıqlamada, Pompeo, TikTok və WeChat kimi "etibarsız" tətbiqlərin "ABŞ vətəndaşlarının şəxsi məlumatları üçün böyük bir təhdid" olduğunu və senzura üçün böyük potensiala sahib olduğunu deyib.
Bundan əlavə, əlaqədar şirkətləri, tətbiqlərinin Huawei telefonlarında istifadə edilməməsinə və Çində yerləşən Tencent Holdinq, Alibaba və Baidu kimi bulud xidmətlərindən istifadə etməməyə çağırıb.
Pompeo ayrıca "Təmiz şəbəkələr" adlı bir bələdçi elan edərək, "İnsanların əleyhinə etdikləri cinayətlərdə şirkətlərin Çin Kommunist Partiyasının və ya Huawe-in üzv olmasını istəmirik" deyə qeyd edərək lakin bu bələdçi məcburi deyil deyib..
Pompeo, TikTok kimi tətbiqetmələrin ABŞ vətəndaşlarının fərdi məlumatlarını toplayaraq Çin Kommunist Partiyası tərəfindən istifadəyə verildiyini bildirib. Buna cavab olaraq TikTok, ABŞ vətəndaşlarının məlumatlarının Çindən kənarda saxlanıldığını və tamamilə təhlükəsiz olduğunu bildirib.
Müəllif:Aynur Qəniyeva