Polşa şirkətlərinə mərmi istehsalı üçün 3,7 milyard dollar ayrılıb

Polşa şirkətlərinə mərmi istehsalı üçün 3,7 milyard dollar ayrılıb

DÜNYA
401

Fins.az - Avropa İttifaqının SAFE proqramı çərçivəsində 155 millimetrlik artilleriya sursatlarının istehsalı üçün Polşanın müdafiə sənayesi müəssisələrinə 13,5 milyard zlotı, yəni təxminən 3,7 milyard dollar ayrılıb.

Məlumata görə, vəsait ölkədə müasir artilleriya sursatlarının istehsal imkanlarının genişləndirilməsinə yönəldiləcək.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, bu addım ölkənin müstəqil sursat istehsalı potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

155 millimetrlik artilleriya mərmilərinin Polşanın müdafiə sənayesi qrupuna daxil olan beş müəssisədə istehsal olunacağı qeyd edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Polşa şirkətlərinə mərmi istehsalı üçün 3,7 milyard dollar ayrılıb — Fins.az — Fins.az