Polşa ABŞ-yə daimi hərbi baza yaratmağı təklif edib

Polşa ABŞ-yə daimi hərbi baza yaratmağı təklif edib

DÜNYA
166

Fins.az - Polşa hökuməti ölkə ərazisində ABŞ qoşunları üçün daimi hərbi bazanın yaradılması ilə bağlı Vaşinqtona rəsmi təklif təqdim edib.

Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib. Onun sözlərinə görə, təklif ABŞ-nin müdafiə naziri Pit Heqsetə təqdim olunub.

Hazırda Polşa ərazisində əsasən rotasiya prinsipi ilə xidmət göstərən təxminən 10 min ABŞ hərbçisi yerləşir.

Varşava ABŞ-nin ölkədəki hərbi mövcudluğunu daha da gücləndirmək niyyətində olduğunu bildirib.

Polşa rəsmilərinin fikrincə, daimi hərbi baza regional təhlükəsizliyin möhkəmləndirilməsinə və NATO çərçivəsində əməkdaşlığın genişlənməsinə töhfə verə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Polşa ABŞ-yə daimi hərbi baza yaratmağı təklif edib — Fins.az — Fins.az