
Petr Pavel: İqtisadi inkişafa mane olarsa, Çex kronundan imtina edilməlidir
Fin.az - Çexiya Prezidenti Petr Pavel ölkənin avroya keçidini dəstəklədiyini bir daha bəyan edib.
Praqada keçirilən konfransda çıxış edən dövlət başçısı bildirib ki, əgər milli valyuta iqtisadi inkişaf üçün maneəyə çevrilirsə, ona emosional bağlılıq göstərmək düzgün deyil.
Onun sözlərinə görə, avronun tətbiqi Çexiyanın Avropa İttifaqında qərarların qəbul edilməsi prosesində daha fəal iştirak etməsinə şərait yarada bilər.
Prezident vurğulayıb ki, iqtisadi maraqlar və ölkənin inkişaf perspektivləri valyuta seçimi məsələsində əsas meyar olmalıdır.