Peskov: “İnternet məhdudiyyətləri təhlükəsizlik məqsədi daşıyır, əksəriyyət bunu anlayır”

Peskov: “İnternet məhdudiyyətləri təhlükəsizlik məqsədi daşıyır, əksəriyyət bunu anlayır”

DÜNYA
260

Fins.az - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə tətbiq olunan rəqəmsal məhdudiyyətlərin təhlükəsizlik səbəbləri ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, əhalinin əksəriyyəti bu tədbirlərin zəruriliyini anlayır və qəbul edir.

Peskov qeyd edib ki, internet və messencerlərə qoyulan məhdudiyyətlər müvəqqəti xarakter daşıyır və gələcəkdə vəziyyət normallaşacaq. Onun sözlərinə görə, bu addımlar Rusiya qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi ilə bağlıdır və qaydalar pozulduqda dövlət müdaxilə edir.

Martın ortasında yayılan məlumatlara əsasən, DownDetector platforması 1–12 mart tarixlərində Rusiyada 181 mindən çox internet və mobil rabitə şikayəti qeydə alıb. Ən çox şikayət Moskva, Moskva vilayəti və Sankt-Peterburqdan daxil olub.

Məlumata görə, fevral ayının ortalarından etibarən Rusiyada Telegram-ın işi məhdudlaşdırılmağa başlanıb, operatorlar isə tətbiqə giriş sürətini azaldır. Ekspertlərin fikrincə, bu, tam bloklamadan fərqli olaraq IP və domenlərin DNS sistemindən çıxarılması ilə deyil, sürətin süni şəkildə endirilməsi ilə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Peskov: “İnternet məhdudiyyətləri təhlükəsizlik məqsədi daşıyır, əksəriyyət bunu anlayır” — Fins.az — Fins.az