Pentaqon, Tramp dövründə Microsoft-un qazandığı tenderi ləğv etdi

Pentaqon, Tramp dövründə Microsoft-un qazandığı tenderi ləğv etdi

DÜNYA
716

ABŞ Müdafiə Nazirliyi (qeyri-rəsmi adı ilə Pentaqon) son illərdə İT sahəsində ən iri sifarişlərindən olan 10 milyard dollarlıq bulud texnologiyaları (cloud) tenderini ləğv edib.

Fins.az xəbər verir ki, Joint Enterprise Defense Infrastructure (qısaca JEDI) adlanan proqram Pentaqonun İT əməliyyatlarının növbəti 10 il ərzində müasirləşdirilməsi və təkmilləşdirilməsini nəzərdə tuturdu.

2019-cu ildə Microsoft tenderdə qalib gəlsə də, əsas rəqib olan Amazon şirkəti nəticələrlə razılaşmayaraq, məhkəməyə müraciət etmişdi. Şirkət iddia edirdi ki, keçmiş ABŞ prezident Donald Tramp Amazonun rəhbər Ceff Bezosa münasibətinə görə onların tenderdə qalib gəlməsinə imkan verməmiş və müqaviləni Microsofta vermək üçün Müdafiə Nazirliyinə təzyiq etmişdi.

Pentaqon açıqlamasında yeni tender keçiriləcəyini, Amazon və Microsoftun, eləcə də bu sahədə təcrübəyə malik digər şirkətlərin də iştirak etməkdə sərbəst olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pentaqon, Tramp dövründə Microsoft-un qazandığı tenderi ləğv etdi — Fins.az — Fins.az