PDVSA ABŞ bazarına neft və neft məhsulları təchizatı üçün müqavilələr İmzladı

PDVSA ABŞ bazarına neft və neft məhsulları təchizatı üçün müqavilələr İmzladı

DÜNYA
468

Fins.az - Venesuellanıın dövlət neft şirkəti Petróleos de Venezuela, S.A. (PDVSA) ABŞ bazarında neft və neft məhsullarının satışı ilə məşğul olan treyderlərlə yeni müqavilələr imzalayıb.

Bu barədə şirkət özünün rəsmi Telegram kanalında məlumat yayıb.

Məlumatda kontragentlərin adları açıqlanmayıb, yalnız Amerika treyderləri olduğu bildirilir. Şirkət açıqlamasında vurğulanır ki, bu müqavilələr PDVSA-nın ABŞ bazarı ilə tarixi ticarət əlaqələrini qorumaq məqsədi daşıyır.

PDVSA həmçinin vurğulayıb ki, Venesuela beynəlxalq enerji bazarında sabitliyi dəstəkləməyə və etibarlı təchizatçı kimi çıxış etməyə sadiqdir. Dövlət şirkət neft‑qaz sektoruna tətbiq olunan sanksiyaların ləğvinin zəruriliyini də xüsusi qeyd edib. Bu, milli istehsalın artırılması və beynəlxalq ticarətin gücləndirilməsi üçün əsas şərtdir, - deyə bəyanatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
PDVSA ABŞ bazarına neft və neft məhsulları təchizatı üçün müqavilələr İmzladı — Fins.az — Fins.az