Ötən il siqaretə xərclənən VƏSAİT AÇIQLANIB

Ötən il siqaretə xərclənən VƏSAİT AÇIQLANIB

DÜNYA
1,073

Ötən il Türkiyədə əhali siqaretə 78 milyard türk lirəsi ( 19,398,600,000 azn) pul xərcləyib. Tütünün sağlamlığa və digər istiqamətlərdə zərərinə qarşı diqqəti daha çox cəlb etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı 31 Mart tarixini Siqaretlə Mübarizə günü elan edib.

Türkiyə Səhiyyə Nazirliyinin açıqladığı statistikaya görə dünyada 8 milyondan çox insan siqaret istifadəsinə görə dünyasını dəyişir ki, bunun 7 milyonu aktiv siqaret istifadəçisi, təqribən 1,2 milyon insan isə tüstünün təsirinə məruz qalan insanlardır.

Tütün istifadəçilərinin ağciyərlərində müdafiə mexanizminin pozulması və artan selik kimi səbəblər ağciyər və yuxarı tənəffüs yollarının infeksiyası riskini artırır. Bu vəziyyətə görə siqaret çəkənlərin siqaret çəkməyənlərə nisbətən yeni növ karonavirus (Covid-19) infeksiyasına yoluxma riski daha çoxdur.

Çində aparılan araşdırmalara görə, xəstəxanalara müraciət edən koronaviruslu xəstələrdə kişilərin sayı çoxluq təşkil edir. Bunun da səbəbi kimi kişilərin qadınlardan daha çox siqaret çəkdiyi göstərilir.

Digər bir araşdırmada isə, Covid-19 xəstələrindən əvvəllər siqaret çəkənlərdə, siqaret çəkməyənlərə nisbətən pnevmaniyanın 14 dəfə daha çox inkişaf etdiyi göstərilir.

Passiv tütün dumanın da eyni təsirləri var. Bu da xüsusilə tütün dumanına məruz qalan uşaqlarda və xroniki xəstəliyi olan yaşlılarda risk təşkil edir.

Kovid-19-un təmas və damcı yolu ilə ötürülməsini nəzərə alsaq, bədən ifrazatları daşıyan siqaret kötüklərinin də risk yaratdığı qeyd olunur. Bu vəziyyət ətrafa zərər verən toksinlərin yayılmasına şərait yaradır. Tütün məhsulu olan qəlyan təkcə koronavirus üçün deyil, hepatit, vərəm, herpes kimi digər yoluxucu xəstəliklər üçün də böyük təhlükə yaradır.
Müəllif: Rəvanə Sərdarova

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il siqaretə xərclənən VƏSAİT AÇIQLANIB — Fins.az — Fins.az