Ötən il ərzində 124,6 milyon smart səsucaldıcı cihaz satılıb – HESABAT

Ötən il ərzində 124,6 milyon smart səsucaldıcı cihaz satılıb – HESABAT

DÜNYA
907

Ötən ilin sonuncu rübündə 49,2  milyon “ağıllı” səsucaldıcı satılıb.

Fins.az xəbər verir ki, bu haqda “Canalys” analitik şirkətinin mütəxəssisləri məlumat yayıb.

Məlumata görə, bu rəqəm 2018-ci ilin  müvafiq dövrü ilə müqayisədə 52% çoxdur.

Məlumatda “ağıllı” səsucaldıcının satışı üzrə şirkətlərin reytinqi də açıqlanıb. Reytinqə əsasən, Amazon şirkəti 31,7%-ə, Google şirkəti 25,3%-ə,  Baidu  11,6%-ə, Alibaba 11,4%-ə, Xiaomi isə 9,4%-ə sahibdir.

Ümumiyyətlə, ötən il ərzində sözügedən məhsulun satışı üzrə şirkətlərin reytinq cədvəlinə liderliyi də Amazon şirkəti edib.

Belə ki, Amazon şirkəti bazarın 29,9%-nə, Google 19,1%-nə, Baidu  13,9%-nə, Alibaba 13,5%-nə, Xiaomi isə 11,3%-nə sahib olub.

Qeyd edək ki, 2019-cu il ərzində  124,6 milyon “ağıllı” səsucaldıcı satılıb ki, bu da  2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 60% çoxdur.

©ted

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il ərzində 124,6 milyon smart səsucaldıcı cihaz satılıb – HESABAT — Fins.az — Fins.az