
Orban seçki kampaniyasını Vespremdə davam etdirib
Fins.az - Macarıstanın Baş naziri Viktor Orban ölkə üzrə səfəri çərçivəsində Vesprem şəhərində seçicilərlə görüş keçirib və qarşıdan gələn 2026-cı il parlament seçkiləri ilə bağlı mesajlar verib.
Orban çıxışında bildirib ki, dünya yeni böhranlarla üz-üzədir və bu şəraitdə ölkənin sabit rəhbərliyə ehtiyacı var. O, həmçinin müxalif qüvvələri tənqid edərək siyasətlərini Ukrayna məsələsi ilə əlaqələndirib və təhlükəsizlik mövzusunu ön plana çıxarıb.
Baş nazir vurğulayıb ki, hökumət ailə dəstəyi proqramlarını və pensiya siyasətini davam etdirəcək. Onun sözlərinə görə, sosial tədbirlər ölkənin gələcək inkişafı üçün əsas prioritetlərdən biridir.