
OPEC 2026-cı il üzrə qlobal neft tələbatının artım proqnozunu azaldıb
Fins.az - OPEC analitikləri 2026-cı il üzrə qlobal neft tələbatının artımı ilə bağlı proqnozu ardıcıl ikinci ay aşağı salıblar.
Məlumata görə, təşkilat hazırda dünya üzrə neft tələbatının gündəlik 0,97 milyon barel artaraq 106,13 milyon barelə çatacağını gözləyir.
Əvvəlki proqnozda isə artımın gündəlik 1,17 milyon barel olacağı və ümumi tələbatın 106,33 milyon barelə yüksələcəyi bildirilmişdi.
Beləliklə, yeni qiymətləndirmədə proqnoz gündəlik 200 min barel azaldılıb.