
Oman yaxınlığında sanksiya altında olan tankerə hücum edilib
Fins.az - Oman sahilləri yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tankerə hücum edilib.
Məlumata görə, hadisə ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirilib və “Marivex” adlı tankeri hədəf alıb.
Gəmi heyətinin bildirdiyinə əsasən, tankerə dekabr ayında sanksiyalar tətbiq olunub.
Hadisə zamanı Palau bayrağı altında üzən gəmidə 24 hindistanlı dənizçi olub.