
Ölü dəniz sürətlə kiçilir və minlərlə çökəklik yaradır
Fins.az - Yer kürəsinin ən alçaq nöqtəsi hesab edilən Ölü dənizdə su səviyyəsinin azalması davam edir.
Məlumata görə, dənizin səviyyəsi hər il orta hesabla 120 santimetr aşağı düşür. Bu proses nəticəsində sahil xətti boyunca artıq 6000-dən çox çökəklik formalaşıb.
Mütəxəssislər bildirirlər ki, suyun geri çəkilməsi yeraltı suların duz qatlarına təsirini artırır. Təmiz yeraltı sular duz təbəqələrini əridərək torpaq qatlarının çökməsinə səbəb olur.
Bəzi çökəkliklərin dərinliyi 24 metrə qədər çatır.
Bu vəziyyət kənd təsərrüfatı sahələrinə, yol infrastrukturuna və turizm obyektlərinə ciddi ziyan vurur. Alimlər Ölü dənizin kiçilməsinin qarşısının alınması üçün uzunmüddətli tədbirlərin vacibliyini vurğulayırlar.